Dağ bellevaliyası

Dağ bellevaliyası (lat. Bellevalia montana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Dağ bellevaliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda və 3 sm enindədir. Gövdənin hündürlüyü 20—40 sm arasında dəyişir. Yarpaqları rozet, enli neştərvari, 25—30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzunsov, çoxçiçəkli, enli-piramidavari çiçək saplağı çox uzundur. Çiçəkyanlğı 10 mm uzunluğunda, uzunsov boruşəkillidir, solğun-bənövşəyi, qonur, qurudulduqda sarımtıl-qırmızı, üçkünc-yumurtavari olub, sivriləşmiş, uzunluğu çiçəkyanlığından qısadır. Sütuncuq yumurtalıqdan və tozluqdan uzun, azca çiçəkyanlığınadan kənara çıxır. Qutucuq iri, yumurtavari və basıqdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel, meyvələməsi may aylarına təsadüf edir. Çxalması soğanaq və toxumladır. Aşağı və orta dağ qurşaqlarında quru, daşlı yamaclarda bitir. Geofit bəzək və qida bitkisidir. Kseromezofitdir.

Naxçıvanın dağlıq hissəsi (Qaraquş dağı, Culfa rayonu, Gülüstan kəndinin ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən intensiv toplanması və qida kimi istifadə olunması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Hyacinthus glaucus var. montanus (K.Koch) Miscz.
  • Muscari montanum K.Koch

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Bellevalia albana Woronow
  • Bellevalia makuensis Woronow ex Grossh.
  • Bellevalia wilhelmsii (Steven) Woronow ex Grossh.
  • Bellevalia wilhelmsii var. albana (Woronow) Grossh.
  • Muscari wilhelmsii Steven