Darıdağ (bulaq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

DarıdağAzərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq.

Ümumi məlumat

Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir

Həmçinin bax

Mənbə

  • Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.

Xarici keçidlər