Delarov adaları
Naviqasiyaya keç
Axtarışa keç
Delarov adaları | |
---|---|
ing. Delarof Islands, aleut. Naahmiĝun tanangis | |
Ümumi məlumatlar | |
Adaların sayı | 11 |
Ən böyük adası | Qorelı adası |
Ümumi sahəsi | 165,349 km² |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
51°23′ şm. e. 178°58′ q. u. | |
Ölkə | ABŞ |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Delarov adaları (ing. Delarof Islands, aleut. Naahmiĝun tanangis) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan kiçik adalar qrupu.
Coğrafiya
Adreyanov adalarının şərq hissəsindən Tanaqa boğazı, Amçitka və Semisopoçnı adalarının qərbindən isə isə Amçitka boğazı ilə ayrılır.
Qrupa 11 ada daxildir: Amatiqnak adası (Amagtignak), Qorelı adası, Ilak, Kavalqa (Qavalĝa), Oqliuqa (Aglaga), Skaqul (Sxaĝulax̂), Taqs (Tagachaluĝis), Tanadak (Tanaadax̂), Uqidak (Qagan-tanax̂), Ulak (Ulak) və Unalqa (Unalĝa).
Tarixi
Adalar öz adını 1836-cı ildə Fyodor Litke tərəfindən verilmişdir. Adalar yunan dənizçisi Evtratiya Delarovun şərəfinə adlandırılmışdır.