Andreyanov adaları

Adreyanov adaları  (ing. Andreanof Islands, aleut. Niiĝuĝin tanangis[1]) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Qərbdə Amçitka boğazı ilə Siçovul adalarından, şərqdə Amukta boğazı ilə Dörd Dağ adalarından ayrılır.

Adreyanov adaları
ing. Andreanof Islands
Ümumi məlumatlar
Ümumi sahəsi 3924,737 km²
Hündür nöqtəsi 1806 m
Əhalisi 412 nəfər (2000-ci il)
Yerləşməsi
53°13′ şm. e. 174°14′ q. u.HGYO
Ölkə  ABŞ
Akvatoriya
Adreyanov adaları xəritədə
Adreyanov adaları
Adreyanov adaları
Adreyanov adaları xəritədə
Adreyanov adaları
Adreyanov adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adaların uzunluğu təxminən 440 km-dir. Qrupa 46 vulkanik ada və bir çox kiçik qayalıq daxildir. Delarov adaları da daxil olmaqla ümumi sahəsi 3924,737 km²-dir. Ən yüksək nöqtəsi Tanaqa vulkanıdır[2] (1806 m).

Delarov adaları Adreyanov adalarının alt qrupudur və arxipelaqın ən qərb adalarını əhatə edir.

Qrupun ən böyük adaları bunlardır: Qorelı, Tanaqa, Kanaqa, Adak, Kaqalaska, Bolşoy Sitkin, Atka, AmliaSiquam.

Andreyanov adaları demək olar ki, davamlı külək səbəbindən adətən dumanlı və ağacsız olur. Bitki örtüyü subarktik kolluqlar və çəmənliklərdən ibarətdir. Burada qütb tülkülərinə, sahil sularında isə çoxlu treskakambalakimilərə rast gəlinir.

Adalar seysmik aktiv zonada yerləşir. Burada hər gün rixter şkalası üzrə 3 bal gücündə təkanlar qeydə alınır. Ən böyük zəlzələlər 1957 və 2007-ci illərdə müvafiq olaraq 8,6 və 7,2 bal gücündə baş vermişdir[3][4].

Adalar ilk dəfə 1760-1764-cü illərdə rus dənizçiləri Andreyan Tolstı, Pyotr Vasyutkin və Maksim Lazarevin ekspedisiyası nəticəsində kəşf və təsvir edilmişdir. 1761-ci ildə "Andreyan" gəmisinin adı ilə adlandırılmışdır.

İkinci Dünya müharibəsi zamanı adalarda bir neçə Amerika hərbi bazası yerləşirdi. Müharibədən sonra Adak adasındakı baza genişləndirilərək daimi hala gətirilir, lakin 1995-ci ildə bağlanılır.

2000-ci il siyahıyaalınmasına görə əhalisi 412 nəfər olmuşdur. Ən böyük yaşayış məntəqəsi olan Adak eyni adlı adada yerləşir. 18-ci əsrdə adalarda 3000-ə qədər aleut yaşayırdı[5].

  1. Bergsland, K Aleut Dictionary Fairbanks: Alaska Native Language Center, 1994
  2. "Большая советская энциклопедия. Андреяновские острова" (rus). 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  3. "Magnitude 8.6 — Andreanof Islands, Alaska". USGS Earthquake (ingilis). 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-07.
  4. "Magnitude 7.2 — Andreanof Islands, Alaska". USGS Earthquake (ingilis). 2010-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-07.
  5. "Промысловое освоение алеутских о-вов русскими промышленниками (1743—1783)". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.