Dirəniş: Qaratay

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dirəniş. Qaratay
türk. Direniş: Karatay
Filmin rəsmi afişası
Filmin rəsmi afişası
Janr Döyüş, macəra, tarixi
Rejissor Səlahəddin Sancaqlı "CGV Mars Dağıtım"
Prodüser Ərtoğrul Fındıq
Ssenari müəllifləri Səlman Qayabaşı
Uğur Uzunox
Baş rollarda Ərtoğrul Şakar
Mehmed Aslantuğ
Fikrət Quşqan
Alpərən Duymaz
Burcu Özbərk
Operator Mirsad Heroviç
Bəstəkar Yıldıray Gürgən
Rəssam Yavuz Fazlıoğlu
İlk baxış tarixi 8 mart 2018
Filmin növü Kino
Müddət 113 dəq.
Ölkə Türkiyə
Dil türk dili
İl 2018
Rəng Rəngli
IMDb ID7336446

Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəratarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman QayabaşıUğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən DuymazBurcu Özbərk var.

Məzmun

II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır.

Film Kösedağ döyüşündən də bəhs edir.

Rollarda

İstehsal

Çəkilişlər

Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir. Çəkilişlərdə 1000-ə yaxın ox, yay, qılınc, niz və qalxandan istifadə edilmişdir.[1]

İstinadlar

  1. "Direniş Karatay filmi nerede çekildi? Direniş Karatay filminin oyuncuları kimdir? İşte oyuncu kadrosu ve hikayesi". Hürriyet Kelebek (türk). Hürriyet. 14 yanvar 2019. 15 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2019.

Xarici keçidlər