Domeniko Çimaroza

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Domeniko Çimaroza
it. Domenico Cimarosa
Doğum tarixi 17 dekabr 1749(1749-12-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1801(1801-01-11)[1][2][…] (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti bəstəkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Domeniko Çimaroza (17 dekabr 1749[1][2][…], Aversa[3][4]11 yanvar 1801[1][2][…], Venesiya[3][4]) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri.[5]

Həyatı

Qeyri-adi musiqi istedadı olan Çimaroza 1761-ci ildə "Santa-Mariya di Loreto" konservatoriyasına daxil olmuş və 1772-ci ildə oranı bitirmişdir. 1772-ci ildə Neapolda "Qrafın qəribəlikləri" adlı ilk buffa-operası tamaşaya qoyul muşdur. Çimaroza 1787-ci ildə Peterburqa dəvət olunmuş və 1791-ci ilə qədər saray kapel meysteri işləmişdir. Burada "Günəş qızı" (1788), "Kleopatra" (1789) operalarını yazmış və tamaşaya qoymuşdur.

Fəaliyyəti

1791– 92-ci illərdə Avstriya imperatorunun saray kapelmeysteri olmuş və burada dünya şöhrəti qazanmış, ən məşhur "Gizli nikah" (1792; bu əsər 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Ş. Məm — mədova adına Opera studiyasında tamaşaya qoyulmuşdur) buffa-operasını yaratmışdır. 1793-cü ildə Çimaroza İtaliyaya qayıtmış, Neapolda saray kapelmeysteri vəzifəsini tutmuşdur. 1799-cu ildə Neapolda respublika elan olunmasını sevinclə qarşılamış, bu hadisə ilə bağlı "Patriotik himn"i (sözləri L. Rossinindir) yazmışdır. Çimaroza həmçinin "Olimpiada" (1784), "Horatsilər və Kuriatsilər" (1796) seria- operalarının, oratoriyaların, kantataların, orkestr və kamera-instrumental əsərlərin və s. müəllifidir.[5]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Domenico Cimarosa // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Чимароза Доменико // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. 1 2 Çimaroza// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 579.

Xarici keçidlər