Domeniko Çimaroza (17 dekabr 1749[1][2][…], Aversa[3][4] – 11 yanvar 1801[1][2][…], Venesiya[3][4]) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri.[5]
Domeniko Çimaroza | |
---|---|
it. Domenico Cimarosa | |
Doğum tarixi | 17 dekabr 1749[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1801[1][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar |
Vikianbarda əlaqəli mediafayllar |
Qeyri-adi musiqi istedadı olan Çimaroza 1761-ci ildə "Santa-Mariya di Loreto" konservatoriyasına daxil olmuş və 1772-ci ildə oranı bitirmişdir. 1772-ci ildə Neapolda "Qrafın qəribəlikləri" adlı ilk buffa-operası tamaşaya qoyul muşdur. Çimaroza 1787-ci ildə Peterburqa dəvət olunmuş və 1791-ci ilə qədər saray kapel meysteri işləmişdir. Burada "Günəş qızı" (1788), "Kleopatra" (1789) operalarını yazmış və tamaşaya qoymuşdur.
1791– 92-ci illərdə Avstriya imperatorunun saray kapelmeysteri olmuş və burada dünya şöhrəti qazanmış, ən məşhur "Gizli nikah" (1792; bu əsər 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Ş. Məm — mədova adına Opera studiyasında tamaşaya qoyulmuşdur) buffa-operasını yaratmışdır. 1793-cü ildə Çimaroza İtaliyaya qayıtmış, Neapolda saray kapelmeysteri vəzifəsini tutmuşdur. 1799-cu ildə Neapolda respublika elan olunmasını sevinclə qarşılamış, bu hadisə ilə bağlı "Patriotik himn"i (sözləri L. Rossinindir) yazmışdır. Çimaroza həmçinin "Olimpiada" (1784), "Horatsilər və Kuriatsilər" (1796) seria- operalarının, oratoriyaların, kantataların, orkestr və kamera-instrumental əsərlərin və s. müəllifidir.[5]