Eduard Elyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eduard Elyan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Rostov-na-Don, Rusiya Federasiyası
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya Rusiya
Qoşun növü Aviasiya
Xidmət illəri 1983-cü ilə qədər
Rütbəsi SSRİ HHQ-nin polkovniki
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1971
"Lenin" ordeni — 1971 "Qırmızı bayraq" ordeni — 1964 "Qırmızı ulduz" ordeni — 1957 SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcı

Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ —  6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik.

Həyatı

1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, SverdlovskNorilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir.

1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi. 1953-cü ildə Təyyarəçi-sınaqçı məktəbini, 1960-cı ildə isə Moskva aviasiya institutunun Jukov filialının axşam şöbəsini bitirdi.

1953—1958-ci illərdə Jukovski şəhərində Təyyarəçi-tədqiqatçı institunun təyyarəçi-sınaqçısı olmuşdur. Oleq Antonov, Sergey İlyuşin, Anastas Mikoyan, Pavel Suxoy, Andrey Tupolev, Aleksandr Yakovlev və s. aviasiya konstruktorların təyyarələrin hazır olmasında və təhvil verirlməsində iştirak etmişdir, hərəkətverici qurğuların və "СИ-1" ilk sovet yüksəklik təyyarə skafandrın uçuş sınaqlarında öz töhfəsini vermişdir.[1][2] 1958—1960-cı illərdə Pavel Osipoviç Suxoyun adına təcrübə-konstruktor bürosunun təyyarəçi-sınaqçısı idi. С-1 möhkəmliyi üzərində sınaqdan keçirmişdir; Т-3, ПТ-8, Т-49, Т-5, П-1, Су-7 səsdən surətli qırıcıların sınaqdan keçirməsində iştirak etmişdir.

1960—1982-cı illərdə Tupolev konstruktor bürosunun təyyarəçi-sınaqçısı idi. Dünyanın ilk səsdən surətli sərnişin təyyarəsi ТУ-144-ü göyə qaldıraraq, sınaqdan keçirmişdi. Bombardmançı Ту-22, Ту-124, Ту-134 və Ту-154 sərnişin təyyarələrin sınaqlarında və onların modifikasiyalarında iştirak etmişdir.

Yeni aviasiya texnikasının Sınaq zamanı göstərdikləri şücaət və qəhrəmanlığa görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1971-ci il 26 aprel tarixli Fərmanı İlə polkovnik Eduar Vaqanoviç Elyana Sovet İttifaqı Qəhrəmanı adı verildi, həmçinin Lenin ordeni"Qızıl Ulduz" medalı təqdim olundu (№ 11395).

1982-ci ildən polkovnik Elyan ehtiyatda saxlanıldı. 1996-cı ilədək Anastas İvanoviç Mikoyan adına konstruktor bürosunda mühəndis işləyirdi.

Moskva vilayətinin Jukovski şəhərində, sonra Moskvada yaşamışdır, həyatının son illərini Rostov şəhərində keçirtdi.

6 aprel 2009-cu ildə.Rostov-na-Don şəhərində vəfat etdi. Şimal Qəbiristanlığının qəhrəmanlar xiyabanında dəfn olunub.

Mükafatlar və adlar

Digər

  • Oleq Antonov, Sergey İlyuşin, Anastas Mikoyan, Pavel Suxoy, Andrey Tupolev, Aleksandr Yakovlev və s. aviasiya konstruktorların təyyarələrin hazır olmasında və təhvil verirlməsində iştirak etmişdir;
  • Dünyanın ilk səsdən surətli sərnişin təyyarəsi ТУ-144-ü göyə qaldıraraq, sınaqdan keçirmişdi. Bombardmançı Ту-22, Ту-124, Ту-134 və Ту-154 sərnişin təyyarələrinin sınaqlarında və onların modifikasiyalarında iştirak etmişdir;
  • 90 növ təyyarə və helikopter idarə etməyinə yiyələnmişdir

İstinadlar