Buquruslan

BuquruslanRusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir

Şəhər
Buquruslan
Бугуруслан
Gerb
Gerb
53°37′ şm. e. 52°25′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1748
İlk məlumat 1748
Sahəsi
  • 76 km²
Mərkəzin hündürlüyü 80 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 43.593 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 35352
Poçt indeksi 461630–461639
Digər
bugadmin.orb.ru
Xəritəni göstər/gizlə
Buquruslan xəritədə
Buquruslan
Buquruslan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1748 ildə Buquruslan (bura da yerləşən başqırd kəndinin adından) qəsəbə kimi salınmışdır. Ufa canişinliyinin (1781/82–1796), Orenburq(1796–1850) və Samara (1850–1928) quberniyalarının qəza şəhəri olmuşdur. 1822-ci ildə yanğın nəticəsində tamamilə məhv olmuş şəhər tezliklə bərpa edilmişdir. 1888-ci ildə Samara–Ufa dəmiryol xəttinin işə düşməsi Buquruslanın inkişafını sürətləndirmişdir. Vətəndaş müharibəsi (1917–22) dövründə 1918-ci ilin iyun–oktyabr aylarında Çexoslovakiya korpusunun hərbi hissələri tərəfindən tutulmuşdu. Buquruslan dairəsinin (1928–30), Buquruslan rayonunun (1928 ildən), Orenburq vilayətinin (1934 ildən; 1938–57 illərdə Çkalov vilayəti)mərkəzi olmuşdur. 1937-ci ildən Buquruslanda neftin sənaye hasilatına başlanılmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Uralönüdə, Moçeqay çayının Böyük Kinel çayına (Volqa hövzəsi) töküldüyü yerin yaxınlığındadır.[2]

Əhalisi 50,0 min (2014).[2]

Orenburq Dövlət Universitetinin filialı, Mülki aviasiya təyyarəçilik məktəbi (1940); Tarix-diyarşünaslıq muzeyi (1930-cu ildə açılmışdır), M.V. Frunzenin ev-muzeyi, N.V. Qoqol adına bələdiyyə dram teatrı (1900) var. Buquruslan Volqa-Ural neftli-qazlı əyalətinin neft-qaz sənayesi mərkəzlərindən biridir. “Buquruslanneft” (“Orenburqneft”in filialı; neft hasilatı), “Radiator” zavodu (avtomobil kirşələri, radiatorlar və s.) aparıcı müəssisələrdir.[2] 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. 1 2 3 4 Buquruslan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 63