Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Edvard Bikkerstet
Doğum tarixi 27 iyun 1850(1850-06-27)
Doğum yeri
Vəfat tarixi 5 avqust 1897(1897-08-05) (47 yaşında)
Vəfat yeri
Fəaliyyəti keşiş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner.

Həyatı

Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur.[1] Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur.[1] Anası Roza isə Samuel Biqnoldun qızı idi.[1] Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır.[1] 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur.[1] 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır.[1] O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır.[1] 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.[1] 1875-ci ildə kollecinin müxbir üzvü seçilmişdir.[1]

Bikkerstetin səyləri nəticəsində Dehlidə Kembric missiyası qurulmuş və 1877-ci ildə missiyanın birinci başçısı kimi İngiltərəni tərk etmişdir.[1] Səhhətindəki problemlərə görə 1882-ci ildə İngiltərəyə qayıtmış və Fremlingemdə yerləşən Müqəddəs Mikayıl kilsəsinin rektorluğuna təyin olunmuşdur.[1]

Yaponiya

Bikkerstet Yaponiyada Cənubi Tokio yepiskopu olmaq təklifini qəbul edərək İngiltərəni bir daha tərk etmişdir.[1] 1886-cı ildə təqdis olunaraq yepiskopluğa doğru yola düşmüşdür.[1] Yaponiyada Müqəddəs Katolik Kilsəsinin yaradılmasında iştirak etmiş, Yaponiyada fəaliyyət göstərən aktiv anqlikan olmuşdur.[1] Bikkerstetin digər kilsələrlə ekumenik əlaqələr qurmaq cəhdi 1897-ci ildə uğursuz olmuşdur.[1]

Bikkerset səhhətində yaşadığı problemlərə görə növbəti dəfə İngiltərəyə qayıtmalı olmuşdur.[1] Uzun çəkən xəstəlikdən sonra 5 avqust 1897-ci ildə Uiltşirin Çiseldon kəndində yerləşən evində ölmüşdür.[1]

Əsərləri

  • "Bizim kilsədəki irsimiz" (ing. Our Heritage in the Church, 1898) – mühazirələr.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Burckland, A.R. "Bickersteth, Edward". Oxford Dictionary of National Biography (ingiliscə). 23 sentyabr 2004. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.