Edvard Dayvers

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Edvard Dayvers
ing. Edward Divers
Doğum tarixi 27 noyabr 1837(1837-11-27)
Doğum yeri
Vəfat tarixi 8 aprel 1912(1912-04-08) (74 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
İş yeri
Üzvlüyü
Mükafatları "Doğan günəş" ordeni "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur.[1]

Həyatı

Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur.[1] O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır.[1] 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur.[1] 1866-cı ildə İngiltərəyə qayıtmışdır.[1] O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir.[1]

Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir.[1] Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır.[1] Onun əsas tədqiqat sahəsi qeyri-üzvi kimya olmuş, xüsusilə, azot və kükürd tərkibli birləşmələrlə maraqlanmışdır.[1] Onun yapon tələbələri arasında Takamine Cokiçi, Nakamura SadakiçiKavakita Notatsu kimi kimyaçılar olmuşdur.[1]

Təltifləri

Datvers 1899-cu ildə İngiltərəyə qayıtmağa qərar verəndə Yaponiya hökuməti onu "Doğan günəş" və "Müqəddəs xəzinə" ordenləri ilə təltif etmiş, eləcə də, ona professor-emerit titulu vermişdir.[1] Londona qayıtdıqdan sonra Kral Cəmiyyətinin üzvü olmuşdur.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 121. ISBN 0-87011-622-3. İstifadə tarixi: 5 dekabr 2022.