Elbrus kərtənkələsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elbrus kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Görünüşü

Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir.

Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır. Qarın nahiyəsi parlaq-Qırmızı, ağımtıl və üzərləri isə mavi ləkəlırlə örtülüdür.

Yayılması

Türkmənistanda Kopetdağın yüksəkdağlıq ərazilərində və İranda Şərqi Elbrus silsiləsində yayılmışlar. Mazandaran və Gilan ostanlıqlarında üstünlük təşkil edir. Çay kənarlarında, qayalıqlarda, daşların üzərlərində və dərin dərələrdə yayılırlar. Kopetdağda 1500-1600 m yüksəkliklərdə yayıla bilir. İranda hətta 2000 metrdən yuxarı yüksəkliklərdə belə görünür.

Xüsusiyyətləri

Cücülər və kiçik onurğasızlarla qidalanır. Çoxalması öyrənilməmişdir. Sayı azlıq təşkil edir. Tükmənistanda cəmi yarım min baş aşkarlanmışdır. Bu səbəbdən Qırmızı Kitaba daxil edilmişsir.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Mənbə

Həmçinin bax