Eteric adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eteric adaları
rus. Острова Этеридж
Ümumi məlumatlar
Adaların sayı 2
Hündür nöqtəsi 21 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
80°04′25″ şm. e. 52°24′05″ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Eteric adaları xəritədə
Eteric adaları
Eteric adaları

Eteric adalarıFrans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur.

Yerləşməsi

Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir.

Xüsusiyyətləri

Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.

Xəritə