Quker adası

Quker adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Sahəsi 612 km² (arxipelaqın 10 ən iri adasından biri), ən hündür nöqtəsi isə 576 metrdir.

Quker adası
rus. Остров Гукера
Ümumi məlumatlar
Sahəsi 508 km²
Uzunluğu
  • 32,8 km
Eni 29,9 km
Hündür nöqtəsi 576 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°14′ şm. e. 53°02′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Quker adası xəritədə
Quker adası
Quker adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Ceyms Rossu antraktida səfərində müşayyət edən ingilis botaniki və səyahətçisi Cozef Qukerin[1] şərəfinə adlandırılmışdır. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Dillon burnunu göstərmək olar. Burada qədim tikilinin qalıqları və astronomik məntəqə vardır.

Arxipelaqa daxil olan digər adalar kimi Quker adasıda bazalt təbəqədən ibarətdir. Mərkəzində buzlaq vardır. Sahilə doğru isə daçlıq sahələr gəlir. Şimalında yerlləşən Kyotlis adasından Allen Yuqn boğazı, şimal-qərbində Qeorq Torpağından Britaniya kanalı ilə ayrılır. Ada demək olar ki, bütünlüklə buzla örtülüdür. Bircə adanın sahil xətti istisnadır. Ucqar şimal nöqtəsi — Albert Mark burnu, cənub nöqtəsi — Selis Harsuort, qərb nöqtəsi — Dandi burnu, şərq nöqtəsi isə Albanov burnu adlanır. Şimalı ilə cənubu arasında məsafə 28 km, şərqi ilə qərbi arasında məsafə isə 30 km-dən bir az çoxdur. Şimal-qərbində iki buxta yerləşir — Yuri və Tixaya buxtaları. İki buxta arasında hündürlüyü 174 metr olan qaya vardır. Qayada 18000 başa qədər sayı olan quş koloniyası məskunlaşır[2].

1879-cu ildə Barens dənizində "Villem Barens" gəmisində niderlandlı De Bruyne hidroloji tətqiqatlar apararkıən Frans-İosif arxipelaqının kəşf etmiş Yulius Payerin xəritəsində əks olunmamış adanı qeydə alır. O, adanı ingilis botaniki Cozef Qukerin şərəfinə adalandırır. 35 il sonra 19 sentyabr 1913-cü ildə Qeorqi Sedov Quker adasında donmayan Tixaya buxtasına daxil olur. Bu ekspedisiyanın üzvləri buxtanı indiki adı ilə adlandırırlar. 1929-cu ildə Tixaya buxtaxı sahilində arxipelaqda ilk olan Sovet qütb stansiyası açılır. Sovet alimləri bu stansiyanı ziyarət edirlər. 1926-cı ildə Tixaya buxtasını eyni adlı stansiyanın anqarları ilə birləşdirən, şimal qütbünə ən yaxın dəmir yolu salınmışdır. Bu dəmir yolu hidrotəyyarələrin anqara daşınması məqsədini güdürdü[3]. 1931-ci ilin iyulunda adaya "Qraf Seppelin Граф" dirijablı bölgənin aeroşəkillərini şəkmək məqsədi ilə gəlmişdir. 1937-ci ildə köhnə stansiyanın yerində müşahidə məntəqəsi inşa edilmişdir. Bu obyetin rəhbərliyinə bir il sonra dreyf edən buzlaqda ilk stansiyanı təşkil edən İvan Papanin gətirilir. 1957-ci ildə SSRİ ərazisində ilk dəfə öz dövrü üçün yeni olan meteostansiya Çurlyanis dağında inşa edilmişdir. 2014-cü ildə Tixaya buxtası sahilində Rusiya poçtu idarəsinin ayrıca bölməsi fəaliyyətə başlamışdır (poçt indeksi 163110[4]). Bu dünyanın Şimal qütbünə ən yaxın poçt bölməsidir[5][6].

Flora və fauna

[redaktə | mənbəni redaktə et]
Qütb laləsi

Adanın bitki və heyvanlar aləmi Arktikanın digər ərazilərinə nisbətdə olduqca zəngindir. Təkcə Tixaya buxtarı zonasında 18 000 quşdan ibarət olan bir koloniya varddır. Bu koloniyaya Təmizçilər, Fırtınaquşular, Qütb qağayısı, Qağayılar və s. quşlar daxildir.

Ada ətrafındak sularda halqaşəkilli suiti, adi saqqallı suitiağ balinaya rastlanılır. Ada ərazisindəə isə ağ ayını müşahidə etmək olar.

Bitkilər aləminə gəldikdə mamırşibyə üstümlük təşkil edir. Şiçəkləyən bitkilərdən isə qütb laləsinə rastlamılır.

Adanın coğrafi obyektləri

[redaktə | mənbəni redaktə et]

Buxta və körfəzlər

[redaktə | mənbəni redaktə et]
SSRİ markası, 1931.

Yaxınlığında yerləşən adalar

[redaktə | mənbəni redaktə et]
  • Li-Smit adası — Adanın dahəsi 55 km²-dir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 309 metr olan buzlaqdır. Ən hündür torpaq zirvəsi isə 163 m-dir. Ada ərazisini böyük hissəsini buzlaq əhatə edir. Buzdan azad bölgə ancaq onun şimalı və cənubunda olan ərazilərdir. Ada da axar olmasada kiçik göllər vardır.
  • Kral Cəmiyyəti adası — Arxipelaqın mərkəzində, Smitson boğazının akvatoriyasında, Quker və Li-Smit adaları arasında yerləşir.
  • Skott-Kelti adası — arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır.
  • Myortvıy Tyulen adası — Arxipelaqın mərkəzində, Skott-Kelti adasından 1.5 km şimalda yerləşir. Adanın uzunluğu 250 metrdir. Adada yüksəklik yoxdur.
  • İton adası — Arxipelaqın qərbində, Britan kanalı boğazının akvatoriyasında yerləşir. Ona ən yaxın ada olan Skott-Kelti adasından 12 km şərqdə, Quker adası isə ondan 14 km cənub-şərqdə yerləşir.
  • Nyuton adası — Arxipelaqın mərkəzində, Quker adasının cənub nöqtəsi olan Sesil-Harmsout burnundan 12 km cənubda yerləşir.
  • Mey adası — Arxipelaqın cənubunda, Quker adasında 6.5 km cənubda, Eteric adalarından 5 km şimal-şərqdə yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 1.7 km-dir. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur.
  • Eteric adaları — Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir.
  1. "Имена на карте Арктики". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  2. "Иван Сергеевич Соколов-Микитов, В бухте Тихой". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  3. "Энциклопедия узкоколейных железных дорог". 2012-07-21 tarixində arxivləşdirilib.
  4. "Приказ Россвязи от 14.07.2014 N 146 «О присвоении почтового индекса объекту почтовой связи»". 2016-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  5. "В Arxangel vilayətində dünyanın şimal qütbünə ən yaxın poçt bölməsi açılacaqdır". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  6. "Полярный лис Серега ждет гостей в самом северном в мире почтовом отделении. Вот только письма не всегда доходят". 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.