Etimad Əsədov
Etimad Əsədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ağciyər xərçəngi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | İctimai fəaliyyət |
Tanınır | Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri |
Etimad Əsədov (1963–2018) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri.[1][2]
Həyatı
Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib.[3]
1982–1984–cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb
Qarabağ müharibəsində iştirakı
1991–ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.[4]
İctimai fəaliyyəti
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" ictimai birliyinin sədri olmuşdur.[1][5]
Ölümü
16 oktyabr 2018-ci ildə uzun müddət əziyyət çəkdiyi ağciyər xərçəngindən 55 yaşında vəfat etmişdir.[2]
İstinadlar
- ↑ 1 2 "Etimad Əsədov vəfat etdi". 2018-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ 1 2 "Bu gün səhər saatlarında "Qarabağ qazilər" birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib". 2018-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Baş qazi Qarabağ əlillərinin əsas problemlərini bir daha dilə gətirdi". 2016-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Qarabağ qaziləri" birliyinin mərkəzi ofisində təşkilatın illik ümumi yığıncağını keçirilib". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Etimad Əsədov: "Təki müharibə başlasın…"". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.