Eyvaz Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eyvaz Hüseynov
bayraq
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
2 iyul 1992-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1959(1959-02-15) (65 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü[1].

Həyatı və təhsili

Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir[1].

Ailəsi

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti

1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır. Xocavənd istiqanətində aparılan bir çox döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2016-cı il aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının nüfuzlu kütləvi informasiya vasitələrində, ictimai siyasi mövzuda araşdırma xarakterli məqalələri dərc olunmuşdur[2].

Təltifləri

Filmoqrafiya

İstinadlar

  1. 1 2 ""Ruhum Qarabağlıdır" filmi təqdim olundu" (az.). qafqazinfo.az. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2022.
  2. "Qaradağlı faciəsi "Soyqırım. Qaradağlı" filminin təqdim olunması ilə yad edilmişdir". idp.gov.az. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2022.
  3. "E.M.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2022.
  4. "Eyvaz Hüseynov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib" (az.). report.az. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2022.

Xarici keçidlər