Fərid Xəlilov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərid Xəlilov
Fərid Nadir oğlu Xəlilov
Doğum tarixi 24 may 1983(1983-05-24) (41 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
İxtisası Maliyyəçi/İdarəçi
Təhsili
Fəaliyyəti Azərreyl QVK

Fərid Nadir oğlu Xəlilov (24 may 1983, Bakı) — Azərbaycanlı maliyyəçi və idarəçi; Azərbaycan Voleybol Federasiyası Rəyast heyətinin üzvü, Azerreyl Voleybol Klubu MMC-nin prezidenti (17.05.2019 – h.h.)

Həyatı

Fərid Nadir oğlu Xəlilov 24 may 1983-cü ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1990-cı ildə 134 saylı Bakı şəhəri orta məktəbinə daxil olmuş, 1997-ci ildə 2 saylı Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına texniki-humanitar liseyinə keçmiş və 2000-ci ildə oradan məzun olmuşdur.

2000-2004 - cü illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın dövlət tərəfindən idarə olunması" üzrə bakalavr təhsili, eləcə də eyni universitetdə 2005-2007-ci illərdə "Maliyyənin idarə olunması"(MBA) ixtisası üzrə magistratura pilləsində ali təhsilini fərglənmə diplomla bitirmişdir.

2006-2013-cü illərdə İngiltərənin "Charted Institute of Managerial Accounting"  İnstitutunu bitirib və ABŞ-nın CFM ( Sertifikatlaşmış Maliyyə Modelləşdiliməsi ) üzrə kvalifikasiya sahibi olub.

Əmək fəaliyyəti

2004- 2006 – cı illərdə "Amorgo Management & Consulting" şirkətində maliyyə məsləhətçisi olaraq işə başlamışdır.

2006- 2008 - cı illərdə "Detal" Ltd. şirkətində Büdcə Planlaşdırma və Nəzarət mütəxəssisi olaraq çalışmışdır.

2008-ci ildə AZMECO – Azərbaycan Metanol Şirkətin də layihə menecerinin köməkçisi vəzifəsində çalışmışdır.

2008-2009-cu illərdə "Embawood" MMC-də Maliyyəyə Nəzarətçisi olaraq çalışıb.

2009-2011-ci illərdə "Unibank" Kommersiya Bankında Maliyyə Planlaşdırma və Büdcə şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2011-2013-cü illərdə "Aztexnika Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine" Holdinq - İdarə heyətinin üzvü, Daxili Audit Departamentinin Direktoru 2013-cü ildə "Mol Bulak" Qeyri Bank Kredit Təşkilatı – İdarə heyətinin üzvü, Baş Maliyyə Direktoru və Tender komitəsinin sədri vəzifələrində çalışmışdır.

2013-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsində Maliyyə Meneceri vəzifəsində çalışıb.

2015-2016-cı illərdə "Baygroup" şirkəti - Baş Direktor, 2019-cu ildən isə maliyyə məsləhətçisi vəzifəsində çalışır.

2016-2019-cu illərdə "PMD Group"-da müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2019-2021 – "Azerreyl Voleybol Klubu" MMC-nin Prezidenti və Azərbaycan Voleybol Federasiyasının Rəyasət heyətinin üzvüdür.

2021-2023 - "Azərbaycan Voleybol Federasiyası"nın Baş katibi

2023-hal-hazırda "Mətanət A" şirkətlər qrupunun Maliyyə Meneceri vəzifəsində çalışır

Şəxsi həyatı

Ailəlidir, 2 övladı var.

İstinadlar