Fərrux Şıxlinski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərrux Şıxlinski
Doğum tarixi 16 yanvar 1962(1962-01-16) (62 yaş)
Doğum yeri
Həyat yoldaşı
Atası İsmayıl Şıxlı
Fəaliyyəti jurnalist
Təhsili

Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən).[1] Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı.

Həyatı

Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988)[1]

Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir[1]

"Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir.

Ailəsi

Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.

İstinadlar

  1. 1 2 3 . [1] Arxivləşdirilib 2011-11-22 at the Wayback Machine Şıxlinskilər  (az.) shixlinski.az

Xarici keçid

[2] Arxivləşdirilib 2011-11-22 at the Wayback Machine