Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Reyhan Yusifqızı (Şıxlinskaya Reyhan Yusif qızı,13 noyabr 1965, Bakı) — Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.
Reyhan Yusifqızı | |
---|---|
Reyhan Yusif qızı Şıxlinskaya | |
Təxəllüsü | Reyhan Yusifqızı |
Doğum tarixi | 13 noyabr 1965 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Təhsili |
|
Fəaliyyəti | fantastika yazıçısı[d] |
Janr | nəsr |
İlk əsəri | "Bir gün dərsdən sonra" |
Vikianbarda əlaqəli mediafayllar |
Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.
Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir.
Ailəlidir. İki övladı var.
Reyhan Yusifqızı Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir.
Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.
Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiyanın müəllifidir.