Faiq Şabanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Faiq Şabanov
2 fevral 2013 – 17 yanvar 2019
ƏvvəlkiRasim Musayev
SonrakıƏkbər İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1963(1963-03-10) (61 yaş)
Doğum yeri
Fəaliyyəti polis

Təltifləri "Vətən uğrunda" medalı

Faiq İsmayıl oğlu Şabanov (10 mart 1963, Qayabaşı, Basarkeçər rayonu) — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019).

Həyatı

Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb[1].

1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.[1]

Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir[2].

10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub[3][4].

Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub[5].

Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib.[6]

Təltifləri

2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub[2].

İstinadlar

  1. 1 2 Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu-2001. səh.95-də
  2. 1 2 "Gəncə şəhərinin yeni polis rəisini görmüşdünüz?". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
  3. Azərbaycanda səkkiz rayonun polis rəisi dəyişdirilib [ölü keçid]
  4. "Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  5. "Gəncəyə yeni polis rəisi təyin olundu". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  6. "Ramil Usubovdan daha yeddi təyinat". 2019-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.