Four Seasons Hotel Baku

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Four Seasons Hotel Baku
Xəritə
Ümumi məlumatlar
Növü Otel
Ölkə Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°21′48″ şm. e. 49°50′05″ ş. u.
Veb-sayt
fourseasons.com/baku/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Four Seasons Hotel Baku"Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir.

2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan,[1] 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir.[2] Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur. Banketlər üçün iki böyük zal var: "Segah" və "Rast". Ən böyük zal 500 nəfər üçün nəzərdə tutulmuş Segah zalıdır. Rast zalı isə 350 nəfər üçün nəzərdə tutulub.[3]

Oteldə təxminən 350 nəfər çalışır. Oteldə otaq qiymətləri 300 manatdan başlayır. Ən bahalısı 6000 manat olan prezident otağıdır.[4]

İstinadlar

  1. "Эмиль Аббасов: Я могу сыграть даже «братана» - ИНТЕРВЬЮ". Oxu.Az (rus). 28 aprel 2015. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  2. "В Баку будет построен элитный жилой комплекс и отель Four Seasons". РБК Недвижимость (rus). 4 avqust 2010. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  3. "Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir". AZƏRTAC. 3 sentyabr 2012. İstifadə tarixi: 27 fevral 2024.
  4. "Интервью с PR-менеджером открывшегося 3 сентября в Баку отеля Four Seasons Hotel Baku Айнур Мамедовой". abc.az. 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.