Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində otel. Beşulduzlu bu otel "Absheron Hotel Group"a aiddir.[1]
"İnturist" oteli | |
---|---|
Sheraton Baku Intourist | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Bakı |
Koordinatlar | 40°21′16″ şm. e. 49°50′00″ ş. u.HGYO |
Tamamlanıb | 2015 |
Vikianbarda əlaqəli mediafayllar |
Yeni otel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur hoteli "İnturist" idi.[2] Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir.[2]
2015-ci ildə tikintisi başa çatmış yeni otel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir.[1] Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir.[2] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnturist"in yenidən tikilməsi barədə belə demişdir:
Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik.[2]
Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Hotelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.[1]
Hoteldə SPA, kitabxana, iclas zalı, restoran var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim edilir. Restoran odunla alışdırılan sobalı açıq mətbəxi, uzun masaları, yarım fərdi şam yeməyi üçün xüsusi yerləri və yamyaşıl bağçanı birləşdirir. O dünya mətbəxindən seçilmiş burgerlər, ləzzətli steykləri və digər yerli və beynəlxalq mətbəxdən seçmələri ilə müştərilərə xidmət göstərir.[3] Buradakı şərait Bakının keçmiş əfsanəvi "İnturist" mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni "İnturist" fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutur.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 5 may 2015-ci il tarixində "İnturist" hotelinin açılışında iştirak etmişlər.[1]