Karl Hippius

Karl Qustav Hippius (rus. Карл Густавович Гиппиус, alm. Karl Gustav Hippius‎) — alman əsilli Rusiya incəsənət xadimi, memar.

Karl Hippius
Карл Густавович Гиппиус
Karl Gustav Hippius
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Sankt Peterburq,  Rusiya İmperiyası
Vəfat səbəbi Ürək xəstəliyi
Vətəndaşlığı  Rusiya İmperiyası
Atası Qustav Hippius
Milliyyəti alman
Təhsili Rusiya Rəssamlıq Akademiyası
Fəaliyyəti memar, rəssam-sulu boyaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1833-cü ildə sənətkar və litoqraf Qustav Hippiusun ailəsində doğulmuşdur. Otto Hippiusun kiçik qardaşıdır. Rusiya Rəssamlıq Akademiyasını 1855-ci ildə bitirmişdir. Dünyanı səyahət etdikdən sonra Rusiyaya qayıtmış, 1857-ci ildə Bakı və Astrabadda ticarət məntəqələri olmuşdur. 1859-cu ildə Qafqaz canişinliyində vəzifə verilmiş, Şamaxı zəlzələsindən sonra quberniyanın paytaxtının Bakıya köçürülməsini məhz özünün apardığı tədqiqatlardan sonra təklif etmişdir. Bakı şəhərinin əsas planını salmış, küçələrinin çertyojunu çəkmiş, Şirvanşahlar sarayının həbsxanaya çevrilməsi fikrinə qətiyyətlə etiraz etmişdi.

1867-ci ildə İrəvan quberniyasının memarı təyin olundu. İrəvan şəhərində həbsxana tikintisində və Araz çayı üzərində körpü salınması layihəsində iştirak edib. İrəvanda yaşadığı müddətdə gözlərindən biri zəifləməyə başladı və tabes xəstəliyinə tutuldu. Yerli iqlimin kəskin olması səbəbindən 1871-ci ildə istefa verərək Sankt-Peterburqa köçdü. Daha sonra Rusiya Əsilzadələr Məclisi və Moskva Yanğından Sığorta Şirkətinin layihələrində iştirak edib.

1880-ci ildə ürək xəstəliyindən vəfat etmiş və Smolensk qəbirstanlığında basdırılmışdır.

Əsərin adı İnşa olunduğu il Foto Hazırkı vəziyyəti
Müqəddəs Qriqori Erməni kilsəsi 1863-1869 Prezident kitabxanasının tabeliyindədir
Qubernator evi 1865-1867 Sökülüb.[1]

Yerinə Four Seasons Hotel Baku ucaldılıb.