Fuad Babanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fuad Babanlı
Fuad Babanlı
Fuad Babanlı
Doğum adı Fuad
Təxəllüsü Babanlı
Doğum tarixi 17 aprel 1945(1945-04-17)
Doğum yeri
Vəfat tarixi 17 mart 2020(2020-03-17) (74 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Abdulla Babanlı
Təhsili Azərbaycan Politexnik İnstitutu
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycanca

Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq.[1] Sərbəst güləş üzrə SSRİ idman ustası.

Həyatı

Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.[2]

1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir.

1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub.

Sərbəst güləş üzrə SSRİ idman ustasıdır.

Müxtəlif vəzifələrdə çalışıb.

Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. [3]

Ailəsi

İki oğlu, dörd nəvəsi vardır.

Yaradıcılığı

Fuad Babanlı 1982-ci ildə bədii yaradıcılığa başlamışdır. "Tənha qalmayasan" adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur.[4]

O, Azərbaycan televiziyasında uzun illər göstərilmiş 20 Yanvar faciəsi ilə bağlı “Qanla yazılan gecə” televiziya filminin ssenari müəllifidir. Həmin film televiziyanın qızıl fondunda saxlanılır.[5]

2015–ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.

Kitabları

  1. "Tənha qalmayasan" (şeirlər və mənzum dram), Bakı: "Azərbaycan", 1995.- 190 səh.[2]
  2. "Qaranlıqdan aydınlığa" (Mənzum roman. Trilogiya), Birinci kitab, Bakı: 1996.[2]
  3. "Gülcahan" mənzum roman. Trilogiya. İkinci kitab – 2001
  4. "Bildim qayıdacaqsan" şeirlər – 2001
  5. "Bülbül və qarğa" uşaqlar üçün mənzum, nağıl, poema -2001
  6. "Kölgə salma ruhuma" (şeirlər və poemalar), Bakı: 2011.[1]
  7. "İnam itməyəndə" (mənzum roman), Bakı: "Nurlan", 2011. - 376 səh.
  8. "Haray dağı" (mənzum roman), Bakı: "Elm və Təhsil", 2012. - 504 səh.
  9. "Yaralı saz" mənzum roman – 2013
  10. "Ekoloji poema" şeirlər və poemalar - 2013
  11. "Vurğun çələngi" şeirlər, poema, mənzum, dram – 2013
  12. "Qırovdan sonra" şeirlər - 2013
  13. "Elbir və sərçə" uşaqlar üçün poema – 2014

Filmoqrafiya

  1. Qanla yazılan gecə

İstinadlar

  1. 1 2 ""Bu dünya bir qızıl kuzəyə bənzər"". anl.az (az.). Mədəniyyət. 31 avqust 2012. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  2. 1 2 3 "FUAD BABANLI (1945 - )". azerbaycanedebiyati.com (türkcə). Azerbaycan Edebiyatı İsimler Sözlüğü. 2012. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-19.
  4. "AMK - Elektron kitabxana (B)". anl.az. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  5. Nizami Tağısoy. "Fuad Babanlının söz dünyasına müxtəsər ekskurs". nizami-tagisoy.net (az.). 2010. 2016-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.