Fukui mağarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fukui mağarası
Ümumi məlumatlar
Kəşf tarixi 1935
Yerləşməsi
33°17′32″ şm. e. 129°41′49″ ş. u.
Ölkə
fukuicave.jp/wg/
Fukui mağarası xəritədə
Fukui mağarası
Fukui mağarası

Fukui mağarası (福井洞窟, Fukui dokutsu?)Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara.[1] Mağara arxeoloji tapıntılarına görə tanınır.

Kəşfi

Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir.[2] Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir.[2] 1960-cı ildə arxeoloqlar Serizava ÇosukeKamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır.[2]

Tapıntılar

1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir.[1] 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir.[1] Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir.[1]

3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır.[1] Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir.[1] 2-ci təbəqədə yaşı 12.400 ± 350 il olan, üzərində yarıdairəvi təsvirlər olan dulusçuluq məmulatı tapılmışdır.[1] 1-ci təbəqədə isə ruletşəkilli saxsı aşkarlanmışdır.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 "Discovery of Fukui Cave". Fukui Cave (ingiliscə). 17 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2022.

Ədəbiyyat

Xarici keçidlər