Gültan Kışanak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gültan Kışanak
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1961(1961-06-15) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir.

Erkən illəri

Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində,[1] əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur.[2][3] O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır.[4] Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir.[5][6] 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir. O, bir ildən sonra azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra 1990-cı ildə məzun olmuşdur.[1]

Həbsi

Öz hesabına görə, Kışanak yenidən həbs olunmazdan əvvəl 4 il yarım həbsdə qalmışdır.[7] Onun 2015-ci ilin oktyabrında yenidən həbsdə saxlanması "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) üzvü olmaq ittihamı ilə idi.[8] İki bələdiyyə sədrinin həbsindən sonra Türkiyə hökuməti ümumi ölkədə internetin kəsilməsinə göstəriş vermişdir.[9] Buna baxmayaraq, 26 oktyabrda Diyarbəkir şəhər meriyasının qarşısında bir neçə min nümayişçi bələdiyyə sədrlərinin azad edilməsini tələb etmişdir.[8] Noyabrda dövlət ittihamçıları Kışanak üçün 230 il həbs cəzası istəmişdi.[10] O, 2019-cu ilin fevralında "terror təşkilatına üzv olmaq" və "terror təşkilatının təbliğatı" ittihamı ilə 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[11]

Şəxsi həyatı

Kışanak ələvi dininə mənsub ailədə böyümüşdür.[12] O, evlidir və bir qızı var.[13]

İstinadlar

  1. 1 2 Kisanak, Evin Jiyan. "Meet Gultan Kisanak: from her daughter". theregion.org. 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
  2. "Gültan Kışanak kimdir?". T24 (türk). 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2020.
  3. "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  4. "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  5. "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  6. "'Köpek kulübesinde 6 ay işkence gördüm'". Radikal (türk). İstifadə tarixi: 2020-12-23.
  7. "One woman's journey from prisoner to mayor - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com (ingilis). İstifadə tarixi: 2022-06-08.
  8. 1 2 Zaman, Amberin. "Fury erupts after mayors detained in Turkey's Kurdish southeast". Al-Monitor. 26 October 2016. 7 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
  9. "Slowdown in access to social media in Turkey a 'security measure,' says PM". Hurriyet Daily News. 4 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  10. "Prosecutors demand 230 years prison sentences for ousted Diyarbakır Co-Mayor Kışanak". Hurriyet Daily News. 29 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  11. "Turkey jails two Kurdish former parliamentarians". Reuters (ingilis). 2019-02-02. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  12. Günes, Cengiz. "Political Representation of Alevi Kurds in Turkey: Historical Trends and Main Transformations" (PDF). Kurdish Studies. The Open University. 8. May 2020: 85. doi:10.33182/ks.v8i1.522.
  13. "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.