Gültan Kışanak (15 iyun 1961, Elazığ ili[2]) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir.
Gültan Kışanak | |
---|---|
| |
23 iyul 2007 – 28 iyun 2011 | |
Vəzifədədir | |
28 iyun 2011-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində,[3] əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur.[4][5] O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır.[6] Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir.[7][8] 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir. O, bir ildən sonra azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra 1990-cı ildə məzun olmuşdur.[3]
Öz hesabına görə, Kışanak yenidən həbs olunmazdan əvvəl 4 il yarım həbsdə qalmışdır.[9] Onun 2015-ci ilin oktyabrında yenidən həbsdə saxlanması "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) üzvü olmaq ittihamı ilə idi.[10] İki bələdiyyə sədrinin həbsindən sonra Türkiyə hökuməti ümumi ölkədə internetin kəsilməsinə göstəriş vermişdir.[11] Buna baxmayaraq, 26 oktyabrda Diyarbəkir şəhər meriyasının qarşısında bir neçə min nümayişçi bələdiyyə sədrlərinin azad edilməsini tələb etmişdir.[10] Noyabrda dövlət ittihamçıları Kışanak üçün 230 il həbs cəzası istəmişdi.[12] O, 2019-cu ilin fevralında "terror təşkilatına üzv olmaq" və "terror təşkilatının təbliğatı" ittihamı ilə 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[13]
Kışanak ələvi dininə mənsub ailədə böyümüşdür.[14] O, evlidir və bir qızı var.[15]