Grammarly

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Grammarly
Loqonun şəkli
Tipi veb-sayt
Müəllif Grammarly Inc.
Tərtibatçılar Aleks Şevçenko, Maks Litvın, Dmitri Lider
Əməliyyat sistemi Windows, macOS, Linux, Android, iOS, müxtəlif veb-brauzerlər
Yayımlanma tarixi 1 iyul 2009 (14 il əvvəl) (2009-07-01)[1]
Sayt grammarly.com

GrammarlyABŞ bulud texnologiyasına əsaslanan[2] yazılış köməkçisi proqramı.[3][4] Bu, ingiliscə mətnlərdə orfoqrafiya, qrammatika, durğu işarələri, aydınlıq, tutuculuq və çatdırılma səhvlərini nəzərdən keçirir, plagiatı aşkar edir və müəyyən edilmiş səhvləri əvəz etməyi təklif edir.[5] Proqram həmçinin, istifadəçilərə öz üslubunu, tonunu və kontekstdə xüsusi dilini fərdiləşdirməyə imkan verir.[6]

"Grammarly" 2009-cu ildə Aleks Şevçenko, Maks Litvın və Dmitri Lider tərəfindən yaradılmışdır.[7] "Grammarly" masaüstü proqramları, "Google Sənədlər" üçün optimallaşdırılmış brauzer uzantısı və smartfon klaviaturası ilə istifadə üçün müstəqil proqram kimi mövcuddur.[7][8]

Proqram "Grammarly Inc." tərəfindən hazırlanmışdır. Şirkətin mərkəzi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir.[9] Onların Kiyev,[10] Nyu-York, VankuverBerlində ofisləri fəaliyyət göstərir.[11][12]

Tarixi

"Grammarly" esseləri plagiat olub-olmadığını yoxlayan "My Dropbox" proqramının yaradıcıları[13][14] Maks Litvın, Aleks Şevçenko və Dmitri Lider tərəfindən təsis edilmişdir.[15] "Grammarly" ilk növbədə universitet tələbələrinə ingilis dili bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün təhsil proqramı kimi hazırlanmışdır. Bu, daha sonra gündəlik həyatda ingilis dilindən istifadə edən müştərilərə təklif edilmişdir.[13][14]

2018-ci ilin əvvəlində "Google "da təhlükəsizlik tədqiqatçısı "Grammarly" brauzer uzantısının beta versiyasında identifikasiya nişanlarını vebsaytlara təqdim edən, o cümlədən potensial olaraq istifadəçilərin sənədlərinə və digər məlumatlarına daxil olmağa imkan verən boşluq aşkar etmişdir.[16] Bir neçə saat ərzində şirkət bir düzəliş buraxmış və istifadəçi məlumatlarının oğurlanmasına dair heç bir dəlil tapmadığını bildirmişdir.[17] "Grammarly" dekabrın sonunda "HackerOne"da xəta ovçusu proqramını işə salmış və şirkətin serverində xüsusi sənədə daxil olan ilk etik hakerə 100,000 ABŞ dolları mükafat təklif etmişdir.[18]

"Grammarly" 2022-ci ildə Rusiyanın Ukraynanı hücumuna cavab olaraq RusiyaBelarusda yaşayan istifadəçiləri ilə bütün işgüzar əlaqələri effektiv şəkildə kəsmişdir. Şirkət həmçinin 2014-cü ildən bəri Rusiya və Belarusda əldə etdiyi xalis gəliri Ukraynaya bağışlayacağını açıqlamışdır. Bu həmçinin, müharibə haqqında ingilis dilində məlumat verən Ukrayna KİV-lərinə pulsuz çıxışı təmin etmişdir.[19][20][21]

Qəbulu

Rəyçilər "Grammarly"ni nisbətən yüksək qiymətə və oflayn funksionallığın olmamasına baxmayaraq, faydalı hesab edərək istifadəsinin rahatlığı və faydalı təklifləri üçün tərifləmişdilər.[22] "Forbes"dan Coş Steyml 2013-cü ildə onu tərifləyərək demişdir ki, "Bu, tez və asanlıqla yazınızı yaxşılaşdıran və sizi peşəkar kimi göstərən və ya ən azı axmaq kimi görünməməyinizə kömək edən onlayn xidmətlərdir [sic]".[23] Bununla belə, bəzi istifadəçilər "Grammarly"ni düzgün olmayan təkliflərə, ton və kontekstdən xəbərsizliyə, yazıçıların ifadə azadlığının azaldılmasına görə tənqid etmişdilər.[24][25]

İstinadlar

  1. "Grammarly.com WHOIS, DNS, & Domain Info – DomainTools". WHOIS. 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  2. Doyle. "What Is Grammarly?". The Balance Careers. October 3, 2020. February 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
  3. "Grammarly Inc". Bloomberg. n.d. January 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
  4. "Grammarly". Forbes. n.d. November 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
  5. Moore. "Grammarly Review". PCMag. July 16, 2020. April 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
  6. Lardinois. "Grammarly goes beyond grammar". Techcrunch. July 16, 2019. January 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  7. 1 2 "Grammarly brings its AI-powered proofreading tools to Google Docs". VentureBeat (ingilis). 2018-09-12. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
  8. Coberly. "You can finally use Grammarly within Google Docs". TechSpot. 2018-09-12. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  9. "Grammarly · 548 Market St, San Francisco, CA 94104". Grammarly · 548 Market St, San Francisco, CA 94104 (ingilis). 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  10. "Grammarly opens new Kyiv office as demand rises for help with English | KyivPost - Ukraine's Global Voice". KyivPost. 2018-07-06. 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
  11. McCracken, Harry. "On its 10th anniversary, Grammarly looks way beyond grammar". Fast Company (ingilis). 2019-04-01. 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
  12. "AI-powered writing assistant Grammarly opens new office in downtown Vancouver | Venture". dailyhive.com (ingilis). 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  13. 1 2 "Как двое киевлян создали сервис проверки английского правописания стоимостью $100 млн". Escadra Recruitment Agency (Russian). January 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
  14. 1 2 Rahman. "How Grammarly Grew to 7 Million Daily Users". Medium (ingilis). 2020-06-05. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
  15. "Grammarly brings its AI-powered proofreading tools to Google Docs". VentureBeat (ingilis). 2018-09-12. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
  16. Ormandy. "Issue 1527: Grammarly: auth tokens are accessible to all websites". Google. February 2, 2018. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  17. Couts. "Grammarly Bug Let Snoops Read What You Wrote, Typos and All (Updated)". Gizmodo. 2018-02-05. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  18. "Grammarly - Bug Bounty Program". HackerOne. March 2022. 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  19. MacLellan, Lila. "Ukrainian-founded Grammarly is donating all the money it made in Russia since 2014". Quartz (ingilis). March 5, 2022. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  20. Renbarger, Madeline. "'We feel frustrated': Startup CEOs with teams in Ukraine struggle to help their employees in any way they can". Business Insider. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  21. Lila MacLellan. "Ukrainian-founded Grammarly is donating all the money it made in Russia since 2014". Quartz. March 4, 2022. February 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2022.
  22. Moore. "Grammarly Review: A slick writing assistant for all your documents". PCMag. July 6, 2020. April 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2023.
  23. Steimle. "Top 5 Writing Tips For Entrepreneurs". Forbes. 19 November 2013. 22 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2022.
  24. Mayne. "Revisiting Grammarly: An Imperfect Tool for Final Editing". another word. January 26, 2021. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
  25. Brogan. "Grammarly Fixed a Security Vulnerability, but It Still Can't Fix Our Writing". Slate Magazine. February 7, 2018. December 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2023.