Hündür acıyonca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hündür acıyonca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.

Arealı

Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır.[1]

Botaniki xarakteristikası

Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

Böyük Qafqazda (Quba bölgəsində), Qobustanda aşağı dağ qurşağından, orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti

Meşə və kolluqlarda rast gəlinir.

Sinonimləri

  • Coronilla montana Scop.[2]

İstinadlar

  1. Hündür acıyonca:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)
  2. Hündür acıyonca:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax