Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Hündür acıyonca | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Hündür acıyonca |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır.[1]
Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Böyük Qafqazda (Quba bölgəsində), Qobustanda aşağı dağ qurşağından, orta dağ qurşağına qədər yayılmışdır.
Meşə və kolluqlarda rast gəlinir.