Hüseynov gəvəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hüseynov gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda yayılmışdır.

Botaniki təsviri

Təbiətdə 35–45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4–5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olunmuşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3–4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir.

Ekologiyası

Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətinin təsiridir. Becərilməsi haqqında məlumat və qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir bitkisidir. VU C2a (ı, ıı). Lerik rayonunda (Diabar, Qosmalyan, Həvəri kəndləri) orta dağ qurşağında yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.

İstinadlar

Həmçinin bax