Hüseynov gəvəni

Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Hüseynov gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus husseinovii

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Qafqazda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Təbiətdə 35-45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4-5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olun¬muşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3-4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca оlaraq insan fəaliyyətinin təsiridir. Becərilməsi haqqında məlumat və qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. VU C2a (ı, ıı). Lerik rayonunda (Diabar, Qosmalyan, Həvəri kəndləri) orta dağ qurşağında yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]