Həmdi Giraybəy

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həmdi Giraybəy
Doğum tarixi 14 fevral 1901(1901-02-14) və ya 1901[1]
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 1930(1930-09-13) və ya 1930[1]
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair
Fəaliyyət illəri 1917-ci ildən

Həmdi Giraybəy (krımtat. Amdi Giraybay, əsl adı: Əbuləfət Lətifov; 14 fevral 1901 və ya 1901[1], Yeni Qala (Krım), Tavriya quberniyası[d]13 sentyabr 1930 və ya 1930[1], Moskva) — krım tatar şair və tarixçi.[2]

Həyatı

Həmdi Giraybəy 13 sentyabr 1901-ci ildə Yeni kale kəndində ilahiyyatçı ailəsində anadan olub. Qarasubazar ibtidai məktəbini bitirdikdən sonra Ağməsciddə yerləşən rüşdiyyə məktəbində orta təhsil alıb. 1921-ci ildə Krım Dövlət Universitetindin İşçi fakültəsinə daxil olub, lakin tezliklə maddi çatışmazlıq ucbatından təhsilini dayandırmalı olub. Millətlərin İşləri üzrə Xalq Komissarlığında işləyib. 1918–1923-cü illərdə özünün ən yaxşı əsərlərini yaradıb. Əsərləri "Yannı Çolpan" və "İleri" krımtatar jurnallarında çap edilib. 1923-cü ildə Krım MSSR-nın görkəmli xadimi Vəli İbrahimovun dəstəyi ilə Türkiyəyə təhsil almağa göndərilir. İstanbul universitetində fəlsəfə fakültəsində təhsil alıb. "Krım tarixi" mövzusunda dissertasiya müdafiə edib. 1926-cı ildə Krıma geri dönüb. Yeni Əlifba Cəmiyyətinin bölgə şurasında işləməyə başlayır. Simferopol 9 illik nümunəvi 13 nömrəli krımtatar məktəbində "türk-tatar dili" dərsini deyir.[2]

1928-ci ildə krım tatar milli partiyası olan Milli Firqə işinə görə həba edilib. Millətçilikdə və casusluqda ittiham edilib. 17 dekabr 1928-ci ildə Dövlət Siyasi İdarəsinin Məhkəmə kollegiyası tərəfindən yüksək cəzaya güllələnməyə məhkum edilib. 13 sentyabr 1930-cu ildə Butır həbsxanasında güllələnib.[3][4] 1991-ci ildə günahsız olduğu sübutə yetirildiyi üçün ölümündən sonra bəraət alıb.[2]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  2. 1 2 3 "Гирайбай Амди" (rus). memory.pvost.org. 21 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2021.
  3. "Гирайбай Амди (1901)" (rus). ru.openlist.wiki. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2021.
  4. "Амди Гирайбай – расстрелянный поэт" (rus). crimeantatars.club. 14 fevral 2021. 26 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2021.

Xarici keçidlər