Riza Emir oğlu Fazıl (30 may 1929 – 26 noyabr 2016, Simferopol) — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010).
Riza Fazıl | |
---|---|
Doğum tarixi | 30 may 1929 |
Vəfat tarixi | 26 noyabr 2016 (87 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Ukrayna Rusiya |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1964–2016 |
Əsərlərinin dili | Krımtatar dili |
Mükafatları |
1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi.[1] Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın Oş şəhərində[1] müfəttiş və baş mühasib kimi işlədi.
1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin[1] tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.
2008-ci ildə Krım Tatar Yazıçılar Birliyinə rəhbərlik etmişdir.[2] Krım tatar ədəbiyyatının populyarlaşdırılması ilə məşğul idi.[3]
Kamenka mikrorayonunun müsəlman qəbiristanlığında dəfn edilmişdir.
İlk şeirlərini 1964-cü ildə "Lenin bayrağı" qəzetində çap etdirdi.[1] 1970-ci ildə onun "Navrez" (Novruz) adlı ilk şeir toplusu nəşr olundu. Şifahi xalq yaradıcılığının tədqiqi ilə məşğul olurdu, 1971-ci ildə krım tatar dilində "Kayda birlik — anda tirilik" ("Birlik olduğu yerdə güc olar") adlı zərbi-məsəl toplusnu nəşr etdi. 1976-cı ildə qadın cəbhəçi əsgərlər haqqında "Analar yaş ekende" ("Analar gənc olanda") xülasələr toplusunu nəşr etdi.[1] "Tuvgan edebiyat" ("Doğma ədəbiyyat) adlı krım-tatar ədəbiyyatı üzrə dərslik və Aşik Umerin "Saylama Yeserler" seçilmiş əsərlərindən ibarət iki cildlik kitab hazırlamışdır. Safter Nagaev ilə birlikdə "Kırımtatar ədəbiyyatı tarixinə bir nəzər" kitabını nəşr etdirdi.[3]
Krımda İmam Abdulvait Saxtara ilə birlikdə Krım tatar dilinə "Buyurynız duaga!" ("Müsəlman ayinlərinin qaydalar və üsulları") və "Quran"ı" tərcümə etmişdir.[4]