Yeni Qala — (ukr. Єні-Кале; rus. Еникале; krımtat. Yeñi Qale Kerç şəhərində Kerç boğazı sahilində inşa edilən qaladır.
Yeni Qala | |
---|---|
krımtat. Yeñi Qale | |
45°20′58″ şm. e. 36°36′16″ ş. u. | |
Ölkə | |
Yerləşir | Kerç |
Tikilmə tarixi | 1706 |
Sahəsi |
|
Material | daş |
Vəziyyəti | qalıqları qalıb |
Vikianbarda əlaqəli mediafayllar |
Qala 1699–1706-cı illərdə Osmanlı türkləri tərəfindən inşa edilib. Qala əslən itaıyan olan Qolopponun rəhbərliyi ilə fransız mühəndislərlə birgə inşa edildi.
Yeni Qala güclü savaş topları ilə əhatə olunaraq Kerç boğazı sahilində önəmli bir strateji yer tuturdu. Qala 25000 kv.metrlik ərazini əhatə edərək içərisində silah anbarı, su deposu, yaşam evi, hamam və məscid yer alırdı. Yeni Qalada təxminən 800 türk və 300 Krım tatar əsgəri vardı. Qalanın ən zəif cəhəti bölgədə içməli su qıtlığı idi. Buna görə də bir neçə kilometr uzaqda olan içməli su mənbəyindən yerin altı ilə su xətti çəkildi. Qala əlavə olaraq paşa iqamətgahı kimi də istifadə olunurdu.
1768–1774 Osmanlı-rus müharibəsi zamanı rus ordusu 1771-ci ilin yayında Qalanı ələ keçirdi, Osmanlı Ordusu qaladan geri çəkildi və ruslar 1771-ci il 21 İyun tarixində qalaya daxil oldular.
1774-cü il Kiçik Qaynarca sülhü ilə Kerç və Yeni Qala Rusiyaya buraxıldı. 19-cu əsrdə qala hərbi xəstəxana kimi istifadə edilirdi. 1880-ci illərdən sonra isə tamamilə tərk edildi. Günümüzdə qalanın qalıntıları turistlər tərəfindən tez-tez ziyarət edilir.