Həmzət bəy Qəbulov-Şirvanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həmzət bəy Qəbulov
Həmzət bəy Qəbulov (ayaq üstə soldan 1-ci)
Həmzət bəy Qəbulov (ayaq üstə soldan 1-ci)
Doğum tarixi
Doğum yeri Qax, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası

Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis) — publisist.

Həyatı

Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.

Həmçinin bax

İstinadlar

Xarici keçid