Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis) — publisist.
Həmzət bəy Qəbulov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Qax, Zaqatala dairəsi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.