Haşimi Universiteti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Haşimi Universiteti
Xəritə
32°06′11″ şm. e. 36°11′02″ ş. u.
Əsası qoyulub 1995
Tip Dövlət
Rektor Fawwaz Al-Abed Al-Haq
Tələbə sayı 29,803 (2017)
Şəhər Zarqa
Ölkə
Sayt hu.edu.jo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haşimi Universiteti (ərəb. الجامعة الهاشمية‎) — İordaniyanın Əz-Zarqa vilayətinin mərkəzi olan Əz-Zarqa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rəhbəri Kamal Bani Hanidir[1].

Coğrafi mövqeyi

Haşimi Universiteti Zarqa şəhərində iki beynəlxalq avtomobil yoluna paralel olan bir yerdə yerləşir. Əsas qapısı olan Qərb darvazası Əmmanı Mafraq və İrbid ilə, oradan da Suriya ilə bağlayan beynəlxalq yola açılır. Cənub darvazası isə Əz-Zarqa və oradan da İraqSəudiyyə Ərəbistanı istiqamətinə gedən yola açılır[2].

Tarixi

19 may 1991-ci ildə Haşimi Universitetinin təsis edilməsi haqqında Kral Fərman versə də, Universitetdə təhsil 16 sentyabr 1995-ci ildə başlanmışdır.

Ərazisi

Universitetin kampusunun ümumi sahəsi 8519 hektar təşkil edir[3].

Tədris

Universitetin prezidenti Kamal Bani Hani

Universitetdə bakalavrmagistr təhsili təqdim edir.

Təhsildə kredit saat sistemini tətbiq edilir. Hər bir kolleci öz kredit sayına sahibdir. Universitet İordaniyada İki-Yay-Semester sistemini tətbiq edən ilk universitetdir[4].

Universitetdə İordaniyalı olmayan tələbələrin universitetə yazılmasına imkan verən beynəlxalq qəbul proqramı da təklif olunur.

Uğurları

Universitet bərpa olunan enerjiali təhsil sahəsində əldə etdiyi uğurlara görə birinci sinif müstəqillik əldə etmişdir[5].

Kitabxanası

Universitetin zəngin kitabxana fondu var. Kitabxanada müxtəlif elm sahələrinə aid kağız daşıyıcıda təxminən 250 min, kompüterləşdirilmiş məlumat bazasında isə 430 milyard sənəd var. Kitabxana ayrıca, RFID sistemi ilə kitabların dövriyyəsini təklif edir[6][7].

Xarici əlaqələri

Haşimi Universiteti Beynəlxalq Universitetlər Birliyinin, İslam Dünyası Universitetləri Federasiyasının, Aralıq dənizi Universitetləri Birliyinin, Ərəb Universitetləri Assosiasiyasının üzvüdür.

Reytinqi

Haşimi Universiteti elmi tədqiqat fəaliyyətinə görə Yaxın Şərqdəki ən yaxşı universitetlər arasında 10-cu sırada yer almış və dünyanın ən yaxşı 300 universitetindən biri olmuşdur. Universitet BRİCS və İnkişaf etməkdə olan ölkələr arasında 2017-ci ildə 251-300-cü sıralarda yerləşmişdir.

Şəkilləri

İstinadlar

  1. Hashemite University President Prof. Kamal Bani-Hani Arxivləşdirilib 2019-05-30 at the Wayback Machine. hu.edu.jo  (ing.)
  2. "Hashemite University official website/ location". 2017-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.
  3. "Hashemite University official website/ Establishment". 2017-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.
  4. "Hashemite University/ faculty of science 2nd summer semester" (PDF). 2017-03-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.
  5. jordantimes, King honours pioneers on 70th Independence Day Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine.
  6. "The Hashemite University Library official web page". 2015-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.
  7. "The Hashemite University Library statistics". 2017-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.

Xarici keçidlər

  • hu.edu.jo — Haşimi Universitetinin rəsmi saytı