Haşimi Universiteti (ərəb. الجامعة الهاشمية) — İordaniyanın Əz-Zarqa vilayətinin mərkəzi olan Əz-Zarqa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rəhbəri Kamal Bani Hanidir[1].
Haşimi Universiteti | |
---|---|
32°06′11″ şm. e. 36°11′02″ ş. u. | |
Əsası qoyulub | 1995 |
Tip | Dövlət |
Rektor | Fawwaz Al-Abed Al-Haq |
Tələbə sayı | 29,803 (2017) |
Şəhər | Zarqa |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Haşimi Universiteti Zarqa şəhərində iki beynəlxalq avtomobil yoluna paralel olan bir yerdə yerləşir. Əsas qapısı olan Qərb darvazası Əmmanı Mafraq və İrbid ilə, oradan da Suriya ilə bağlayan beynəlxalq yola açılır. Cənub darvazası isə Əz-Zarqa və oradan da İraq və Səudiyyə Ərəbistanı istiqamətinə gedən yola açılır[2].
19 may 1991-ci ildə Haşimi Universitetinin təsis edilməsi haqqında Kral Fərman versə də, Universitetdə təhsil 16 sentyabr 1995-ci ildə başlanmışdır.
Universitetin kampusunun ümumi sahəsi 8519 hektar təşkil edir[3].
Universitetdə bakalavr və magistr təhsili təqdim edir.
Təhsildə kredit saat sistemini tətbiq edilir. Hər bir kolleci öz kredit sayına sahibdir. Universitet İordaniyada İki-Yay-Semester sistemini tətbiq edən ilk universitetdir[4].
Universitetdə İordaniyalı olmayan tələbələrin universitetə yazılmasına imkan verən beynəlxalq qəbul proqramı da təklif olunur.
Universitet bərpa olunan enerji və ali təhsil sahəsində əldə etdiyi uğurlara görə birinci sinif müstəqillik əldə etmişdir[5].
Universitetin zəngin kitabxana fondu var. Kitabxanada müxtəlif elm sahələrinə aid kağız daşıyıcıda təxminən 250 min, kompüterləşdirilmiş məlumat bazasında isə 430 milyard sənəd var. Kitabxana ayrıca, RFID sistemi ilə kitabların dövriyyəsini təklif edir[6][7].
Haşimi Universiteti Beynəlxalq Universitetlər Birliyinin, İslam Dünyası Universitetləri Federasiyasının, Aralıq dənizi Universitetləri Birliyinin, Ərəb Universitetləri Assosiasiyasının üzvüdür.
Haşimi Universiteti elmi tədqiqat fəaliyyətinə görə Yaxın Şərqdəki ən yaxşı universitetlər arasında 10-cu sırada yer almış və dünyanın ən yaxşı 300 universitetindən biri olmuşdur. Universitet BRİCS və İnkişaf etməkdə olan ölkələr arasında 2017-ci ildə 251-300-cü sıralarda yerləşmişdir.
Günəş enerjisi layihəsi yaxından görünüşü
Günəş enerjisi layihəsinin idarəetmə otağı
Qərb sinif otaqları
Şərq sinif otaqları
Universitetin həyətindəki yollar
Tələbələr günəş enerjisi plitələri altında günəşdən qorunurlar
Tələbələr günəş enerjisi plitələri altında yağışdan qorunurlar
Günəşə doğru yönəldilən günəş enerjisi plitələri
Mühəndislik fakültəsi
İnşaat zamanı cənub sinif otaqlarının binası
Dekanlıq binasında tələbələrin rəsm çəkməsi
Universitet binaları və günəş enerjisi layihəsinin səmadan çəkilmiş şəkli