Ərəb Universitetləri Assosiasiyası

Ərəb Universitetləri Assosiasiyası (ərəb. إتحاد الجامعات العربية‎) və ya Ərəb Universitetləri Birliyi (ərəb. تحاد الجامعات العربية‎), qısaca: AArUƏrəb Dövlətləri Liqası çərçivəsində fəaliyyət göstərən ərəb ölkələri universitetlərinin birliyi. Bu qurum müstəqil hüquqi xarakter daşıyır qeyri-hökumət təşkilatıdır. Mənzil-qərargahı İordaniyanın paytaxtı Əmman şəhərində yerləşir.

Bu təşkilat Ərəb Dövlətləri Liqası tərəfindən 1964-cü ildə yaradılmışdır.[1] Həmin vaxt müvəqqəti Baş Katiblik Misirin paytaxtı Qahirə şəhərində təşkil edilmişdir. 1969-cu ildən isə təşkilata daimi Baş Katib təyin edilmişdir. Hazırda daimi mənzil-qərargahı 1984-cü ildən bəri İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşir. Başlıca orqanı Baş Assambleyadır. Baş katibi Sultan əbu-Orabi əl-Ədvandır.

Təşkilatın əsas məqsədi ərəb dünyasında ali təhsili dəstəkləmək və müvafiq ölkələrin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsidir.

Üzvləri arasındakı ali məktəblərdən ikisi ərəb ölkələrinin təmsilçisi deyil:

Digər üzvlər ərəb ölkələrinin təmsilçisidir. Hələ 1964-cü ildə təşkilat yaradılarkən bütün ərəb ölkələrindəki ali məktəblərin sayı 20-dən az idi. Hazırda isə 22[2] ərəb ölkəsindən 280[3] ali məktəb Assosiasiyanın üzvüdür:

  1. "Association of Arab Universities (AARU)". Ngo-db.unesco.org. September 7, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2015.
  2. "AARU Members". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-01.
  3. "aaru.edu.jo". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]