Heydər Seyidov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Heydər Seyidov
Heydər Mirabbas oğlu Seyidov
Doğum tarixi
Doğum yeri Şərur-Dərələyəz mahalı, Rusiya imperiyası
Vəfat tarixi 17 aprel, 1949.
Vəfat yeri Naxçıvan, Kəngərli rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1950
"Lenin" ordeni

Heydər Mirabbas oğlu Seyidov (1884, Şahtaxtı, Naxçıvan qəzası17 aprel 1953, Naxçıvan rayonu) — 1884-cü ildə, Şərur-Dərələyəz mahalında anadan olmuşdur. 1953-cü il aprelin 17-də Naxçıvanda (indiki Kəngərli rayonunda) vəfat etmişdir. 1949-cu ildə Sovet Azərbaycanın heyvandarlıq üzrə, Sosialist Əməyi Qəhrəmanı medalına layiq görülmüşdür.

Həyatı

1928-ci ildə keçmiş Noraşen (indiki Şərur) rayonunda, Beria kolxozunda (sonradan "Azərbaycan kolxozu") çobanlıq fəaliyyətinə başladı. Sonradan baş çoban seçildi.

Onun rəhbərliyi ilə 1948-ci ildə heyvandarlıq sahəsində yaxşı nəticələr əldə edildi. Yüksək heyvandarlıq məhsuldarlığına görə Seyidov Heydər Mirabbas oğlu 24 iyun 1949-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Oraq və Çəkic" medalı, "Sosialist Əməyi Qəhrəmanı" və "Lenin ordeni" mükafatlarına layiq görüldü.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.