Kərkədan böcək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kərkədan böcək
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Kərkədan böcək
Beynəlxalq elmi adı

Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər.

Həyat tərzi

Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar. Güclü gəmirici ağız aparatına malikdirlər, yaşlı fərdlər ağacların şirəsi ilə qidalanırlar. Sürfələrin inkişafı ağacların gövdə daxilində getməklə bir neçə il çəkir və bu mərhələdə də orada qışlayırlar. Çürümüş ağacların gövdələri daxilində ağac ovuntularından hazırlanmış xüsusi baramalar içərisində puplaşırlar. Pupdan çıxan böcəklər bir neçə gün ağacın daxilində (kəpək içərisində) sakit vəziyyətdə qalırlar və iyul-sentyabr aylarında uçmağa başlayırlar. Ədəbiyyat məlumatlarına əsasən bir nəslin inkişafı 3-4 il çəkir.

Yayılması

Kərgədan böcək dünyanın Avropa hissəsi, AfrikaSuriya, Qafqaz, Orta Asiya, Şərqi Sibir, Azərbaycanda yayılıb.

Təsnifatı

Yarımnövlər:

  • Oryctes nasicornis afghanistanicus Endrödi, 1938
  • Oryctes nasicornis chersonensis Minck, 1915
  • Oryctes nasicornis corniculatus Villa & Villa, 1833
  • Oryctes nasicornis edithae Endrödi, 1938
  • Oryctes nasicornis grypus (Illiger, 1803)
  • Oryctes nasicornis hindenburgi Minck, 1915
  • Oryctes nasicornis holdhausi Minck, 1914
  • Oryctes nasicornis illigeri Minck, 1915
  • Oryctes nasicornis kuntzeni Minck, 1914
  • Oryctes nasicornis latipennis Motschulsky, 1845
  • Oryctes nasicornis mariei (Bourgin, 1949)
  • Oryctes nasicornis nasicornis (Linnaeus, 1758)
  • Oryctes nasicornis ondrejanus Minck, 1916
  • Oryctes nasicornis polonicus Minck, 1916
  • Oryctes nasicornis przevalskii Semenow & Medvedev, 1932
  • Oryctes nasicornis punctipennis Motschulsky, 1860
  • Oryctes nasicornis shiraticus Endrödi & Petrovitz, 1974
  • Oryctes nasicornis transcaspicus Endrödi, 1938
  • Oryctes nasicornis turkestanicus Minck, 1915

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013