Kazbek Kokov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kazbek Kokov
Doğum tarixi 20 iyul 1973(1973-07-20) (50 yaş)
Fəaliyyəti siyasətçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən)[1]. 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir.

Bioqrafiyası

Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir. Kabarda-Balkariya parlamentində aqrar siyasət və ətraf mühitin idarə edilməsi komitəsinin üzvü olmuşdur. 16 dekabr 2010-cı ildə Kabarda-Balkariya Kənd Təsərrüfatı və Qida nazirinin müavini təyin edilir. 2013-cü ilin aprelindən 26 sentyabr 2018-ci ilədək Rusiya Prezidentinin daxili siyasət məsələləri üzrə regional ofisinin müşaviri, Şimali Qafqaz regionunun kuratoru işləyir.

Kabarda-Balkar Respublikasının rəhbəri

26 sentyabr 2018-ci il tarixində Kabarda-Balkar Respublikasının başçsı vəzifəsinion icraedisisi təyin edilir.

İlk həftədəcə kadr dəyişiklikləri edir: Kabarda-Balkar Respublikası rəhbərinin ofisinin bir sıra işçilərini işdən azad edir. Kabarda-Balkar Respublikası rəhbərinin köməkçisi Anzor Qonibov və bölgə başçısının iki müşaviri Zaur Vorokov və Sergey Kasumov vəzifələrindən azad edilir[2].

Kokov yerli iş yerlərinə dəstək, investisiya mühitinin yaxşılaşdırılması və gənclər üçün sosial liftlərin qurulmasını işin prioritet sahələri adlandırır. Bölgə rəhbərinin sözlərinə görə, gənc mütəxəssislərin özünü reallaşdırması son dərəcə vacibdir[3].

Kokov atası da daxil olmaqla əvvəlki nəsil liderlərinin mirasına hörmət etdiyini qeyd edir. Buna baxmayaraq, müqayisələrdən çəkinmir və ona görə davam edən prosesləri nəzərə alaraq yeni şəraitdə işləməyə hazırdır[4].

Instagram platformasında Kokovu 180 min abunəçi izləyir.

3 oktyabr 2019-cu ildə Kabarda-Balkariya Parlamentinin deputatları yekdilliklə Kokova 5 il müddətinə respublika başçısının səlahiyyətlərini icra edtməyə səs verdir.

Kazbek Kokov 27 yanvar 2020-ci ildən Rusiya Federasiyası Dövlət Şurası Rəyasət Heyətinin üzvüdür[5].

Ailəsi

Evlidir. Həyat yoldaşı Liana Ruslanovna Nalçikdəki Dövlət Universitetdə əmək hüququ müəllimi işləyir. İki qızı vardır. Böyük qızı 2001-ci il təvəllüdlü Violettadır[6].

İstinadlar

  1. "В КБР Казбек Коков сменит Юрия Кокова". vesti.ru. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  2. "Врио главы КБР Казбек Коков уволил помощника и двух советников". ТАСС. 2018-10-02. 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  3. "Эксперт: Коков позиционирует себя в качестве лоббиста интересов жителей КБР" (rus). Взгляд. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  4. "Врио главы КБР: нужно акцентировать внимание на создании социальных лифтов" (rus). ТАСС. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  5. "Распоряжение Президента Российской Федерации от 27.01.2020 г. № 10-рп "О президиуме Государственного совета Российской Федерации"". 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  6. Елена Самойлова. "Валерий Коков: живу с думой о своем народе". https://www.kommersant.ru/. 2003-04-28. 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.