Kenzo Takada

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kenzo Takada
yap. 高田賢三
Doğum tarixi 27 fevral 1939(1939-02-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 4 oktyabr 2020(2020-10-04)[3][4][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19[6][7]
Dəfn yeri
Təhsili
Fəaliyyəti dizayner, dəb dizayneri, iş adamı, kostyum dizayneri[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri "Fəxri legion" ordeni kavaleri "Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kenzo Takada (高田 賢三, Takada Kenzo?, 27 fevral 1939[1][2], Himeci, Hyoqo prefekturası[1]4 oktyabr 2020[3][4][…], Nöyi-sür-Sen[5][1])Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür.[8]

İlk illəri

Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur.[9] Valideynləri ənənəvi mehmanxana sahibləri idilər.[9] Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır.[9]

Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır.[9] Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur.[9] O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur.[9]

Karyerası

1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır.[9] Burada hər ay 40-a yaxın stil işləyirdi.[9] 1964-cü ildə Paris şəhərinə köçmüş və burada yaşamağa başlamışdır.[9] O, Parisdə opera kostyumları dizayn etməyə başlamışdır.[8] Onun 30 dizaynlıq yeni seriyası Lui Ferou tərəfindən qəbul edilmişdir.[9] Növbəti bir neçə il ərzində PisantiRelations kimi bir neçə mağazada işləmişdir.[9]

Takada 1970-ci ildə "Jungle Jap" adlı ilk butikini açmışdır.[9] O, ilk dəb şousunu da butikdə keçirmişdir.[9] Daha sonra butiki Parisin başqa küçəsinə köçürmüşdür.[9] 1971-ci ildə ABŞ-nin "Vogue" jurnalı onun dizaynlarını yayımlamışdır.[9] 1983-cü ildə ilk kişi kolleksiyasını yaratmışdır.[9] 1988-ci ildə "Kenzo de Kenzo", "Parfum d'été", "Le monde est beau""L'eau par Kenzo" adlı qadın ətirləri satılmağa başlanmışdır.[9] 1991-ci ildə "Kenzo pour Homme" adlı ilk kişi ətrini yaratmışdır.[9] 2000-ci ildə yaratdığı "FlowerbyKenzo" ətri isə Kenzo Parfums brendinin əsas məhsulu olmuşdur.[9] 2001-ci ildə KenzoKI adlı dəriyə qulluq məhsulları xəttini yaratmışdır.[9]

Kenzo brendi 1993-cü ildə LVMH şirkətinə satılmışdır.[9] Takada 1999-cu ildə təqaüdə çıxdığını açıqlamış və moda evinin idarəçiliyini köməkçilərinə vermişdir.[9] 2020-ci ildə Parisdə K3 adlı yeni brend yaratmışdır.[8]

Stili

Takada rəngli motivlərinə və orijinal siluetlərinə görə tanınır.[8] O, kimono kimi Yaponiya elementlərindən ilhamlanmışdır.[8] "New York Times" onun 1973-cü ildəki dəb şousunu təsvir edərkən onu "dünyanın ən zəngin təsəvvürlü dizayneri" adlandırmışdır.[8]

İstinadlar

  1. 1 2 3 4 5 6 Fichier des personnes décédées.
  2. 1 2 Kenzo Takada // Babelio (fr.). 2007.
  3. 1 2 Le créateur de la marque Kenzo est mort du Covid-19 (fr.). // Le Figaro / A. Brézet Paris: Société du Figaro, 2020. ISSN 0182-5852; 2496-8994
  4. 1 2 KENZO創辦人高田賢三武漢肺炎病逝 享壽81歲 (çin.). 中央通訊社, 2020.
  5. 1 2 Le créateur de la marque Kenzo est mort du Covid-19 (fr.). 2020.
  6. Czech News Agency (çeş.). 1992.
  7. https://www.cna.com.tw/news/firstnews/202010050002.aspx (çin.).
  8. 1 2 3 4 5 6 "Japanese fashion designer Kenzo Takada dies from COVID-19". Reuters (ingiliscə). 22 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2022.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Sowray, Bibby. "Kenzo Takada". Vogue (ingiliscə). 26 mart 2012. 22 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2022.

Xarici keçidlər