Keyxosrov Cahan bəyim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Keyxosrov Cahan bəyim
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyul 1858(1858-07-09)
Doğum yeri
Vəfat tarixi 12 may 1930(1930-05-12) (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, yazıçı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyxosrov Cahan bəyim (9 iyul 1858, Bhopal, Britaniya Hindistanı12 may 1930, Bhopal, Britaniya Hindistanı) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901–1926).

Həyatı

Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu.

Anası Şah Cahan Bəyimin 16 iyul 1901-ci ildə vəfatından sonra onun Lord Canning ilə etdiyi anlaşma gərəyincə Cahan bəyim "sultan" ünvanıyla taxta keçdi. Ancaq 1902-ci ildə əri ölüncə bir çox problemlə qarşı-qarşıya qaldı. Bu arada boşalan dövlət xəzinəsinə gəlir yolları aradı. Böyük oğlu Məhəmməd Nəsrullah xanın yardımlarıyla ölkə idarəsində və hüquq sistemində islahatlar etdi. 1903-cü ildə hacca getti.

Cahan bəyim 1908-ci ildən öncə İstanbula gedib Osmanlı sultanı II Əbdülhəmid ilə görüşdüyü kimi oğulları Həmidullah xan və Ubeydullah xan ilə 1911-ci ildə dəkrar İstanbula getdi və Sultan Rəşad tərəfindən qəbul ədildi. Fəqət bu görüşmələr dost ziyarətindən ötəyə keçmədi. Eyni il İngiltərə kralı V Georqun taç geymə məclisinə qatılmaq üçün Londona gedən Cahan bəyim, I Dünya Savaşında İngilis hökumətinə bağlı qaldı və İngilis ordusuna qatılmaq üzərə bir bölük göndərdi. 1924-cü ildə iki oğlunun qəflətən ölümünə görə ölkədə çıxan qarışıqlıqları yatırmağı bacardı. 1925-ci ildə oğlu Məhəmməd Həmidullah xan ilə təkrar İngiltərəyə getdi. Məmləkətinə dönüncə İngilis hökumətindən aldığı tapşırıqla 1926-cı ildə oğlu lehinə taxtdan çəkildi.

Bibiyə Bəyim olaraq da bilinən Cahan bəyim 12 aprel 1930-cu ildə vəfat etdi.

İstinadlar