V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert; 3 iyun 1865[1][2][…], Marlboro-haus[d] – 20 yanvar 1936[1][2][…], Sandrinqem sarayı[d], Norfolk qraflığı[4][5]) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru.
V Corc | |
---|---|
ing. George V | |
| |
Böyük Britaniya monarxı[d] | |
12 aprel 1927 – 20 yanvar 1936 | |
Sonrakı | VIII Eduard |
1931 – 20 yanvar 1936 | |
Sonrakı | VIII Eduard |
24 may 1892 – 6 may 1910 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Prince George Frederick Ernest Albert of Wales |
Doğum tarixi | 3 iyun 1865[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 yanvar 1936[1][2][…] (70 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Təhsili | |
Atası | VII Eduard[7][3] |
Anası | Danimarkalı Aleksandra (Britaniya kraliçası)[7][3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Britaniya Ordusu[d], Krallıq donanması |
Rütbəsi | feldmarşal[d] |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir.
Birinci dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır. İlk leyborist nazir hökumətə daxil olur.
1931-ci ildə məşhur Vestminister Nizamnaməsi qəbul edilir. Bu nizamnaməyə əsasən keçmiş müstəmləkələr Millətlər Birliyi tərkibində müstəqil ərazilərə çevrilirlər. Hakimiyyətinin son illərində isə onu xəstəliklər üzür və 1936-cı ildə vəfatından sonra hakimiyyətə oğlu VIII Eduard gəlir.