Keyxosrov Cahan bəyim

Keyxosrov Cahan bəyim (d. 9 iyul, 1861 - ö. 12 aprel, 1930) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901-1926).

Keyxosrov Cahan bəyim
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyul 1858(1858-07-09)
Doğum yeri
Vəfat tarixi 12 may 1930(1930-05-12) (71 yaşında)
Vəfat yeri
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu.

Anası Şah Cahan Bəyimin 16 iyul 1901-ci ildə vəfatından sonra onun Lord Canning ilə etdiyi anlaşma gərəyincə Cahan bəyim "sultan" ünvanıyla taxta keçdi. Ancaq 1902-ci ildə əri ölüncə bir çox problemlə qarşı-qarşıya qaldı. Bu arada boşalan dövlət xəzinəsinə gəlir yolları aradı. Böyük oğlu Məhəmməd Nəsrullah xanın yardımlarıyla ölkə idarəsində və hüquq sistemində islahatlar etdi. 1903-cü ildə hacca getti.

Cahan bəyim 1908-ci ildən öncə İstanbula gedib Osmanlı sultanı II Əbdülhəmid ilə görüşdüyü kimi oğulları Həmidullah xan və Ubeydullah xan ilə 1911-ci ildə dəkrar İstanbula getdi və Sultan Rəşad tərəfindən qəbul ədil¬di. Fəqət bu görüşmələr dost ziyarətin¬dən ötəyə keçmədi. Eyni il İngiltərə kralı V Georqun taç geymə məclisinə qatılmaq üçün Londona gedən Cahan bəyim, I Dünya Savaşında İngilis höku¬mətinə bağlı qaldı və İngilis ordusuna qatılmaq üzərə bir bölük göndərdi. 1924-cü ildə iki oğlunun qəflətən ölümünə görə ölkədə çıxan qarışıqlıqları yatırmağı bacardı. 1925-ci ildə oğlu Məhəmməd Həmidullah xan ilə təkrar İngiltərəyə getdi. Məmləkətinə dönüncə İngilis hökumətindən aldığı tapşırıqla 1926-cı ildə oğlu lehinə taxtdan çəkildi.

Bibiyə Bəyim olaraq da bilinən Cahan bəyim 12 aprel 1930-cu ildə vəfat etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]