Kim Milton Nilsen

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kim Milton Nilsen
Doğum 3.08.1960
Kopenhagen, Danimarka
Digər peşəsi İT meneceri
Boyu 1.96 sm[1]
Çəkisi 96 kq[1]
Yerli səviyyədə
İllər Liqa Rolu
1975–2006 DFA Hakim
Beynəlxalq səviyyədə
İllər Liqa Rolu
1988–2005 FİFA dərəcəli hakim Hakim

Kim Milton Nilsen (dan. Kim Milton Nielsen; 3 avqust 1960, Kopenhagen, Danimarka) — danimarkalı keçmiş beynəlxalq futbol hakimi.

Hakimlik karyerası

Kim Milton Nilsen 1976-cı ildən, 15 yaşından hakimliyə başlayıb. 1986-cı ildən Danimarka çempionatının oyunlarına təyinat alıb, 1988-ci ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. 1993-cü ildə Almaniyanın "Verder" və İspaniyanın "Barselona" komandaları arasında oynanan UEFA Superkuboku matçını idarə etdikdən sonra tanınmağa başlanıb.[2] Bir il sonra, 1994-cü ildə UEFA Kubokunun final matçı Kim Milton Nilsenin rəhbərlik etdiyi Danimarkalı hakimlər briqadasına etibar edilib.[3] 1996-cı ildə o, ilk dəfə böyük beynəlxalq turnirə — Avropa çempionatına təyinat alıb.[4] Ümumiyyətlə, Kim Milton Nilsen 1996-cı ildən 2004-cü ilədək yığma komandalar səviyyəsində keçirilmiş mötəbər turnirlərin hamısına təyinat alıb.[5]

Kim Milton Nilsen Çempionlar Liqasında 59 matç idarə edib. O, 2004-cü ildə Fransanın "Monako" və Portuqaliyanın "Porto" komandaları arasında keçirilmiş qitənin ən nüfuzlu klub turnirinin final oyununu idarə edib.[6]

2005-ci ildə 45 yaşlı Kim Milton Nilsen FİFA-nın qoyduğu yaş məhdudiyyətinə çatıb. O, sonuncu dəfə 16 may 2006-cı ildə Danimarka çempionatı çərçivəsində keçirilmiş görüşdə hakimlik edib.

İstinadlar

  1. 1 2 "Kim Milton Nielsen". eurosport.co.uk. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  2. "Edición del Per?embe 11 ?ubat de 1993, Página 2". mundodeportivo.com. 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  3. "Salzburg 0-1 Internazionale". UEFA.com. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  4. "EURO 1996 England » Referees". worldfootball.net. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  5. "Kim Milton Nielsen » Matches as referee". worldfootball.net. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  6. "Monaco 0-3 Porto". UEFA.com. 2019-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.

Xarici keçidlər