Kinq adası (Alyaska)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kinq adası
ing. King Island, iny. Ugiuvak
Ümumi məlumatlar
Sahəsi 2 km²
Uzunluğu
  • 2,5 km
Eni 2,2 km
Hündür nöqtəsi 200 m
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
64°58′ şm. e. 168°05′ q. u.
Ölkə  ABŞ
Ştat
Akvatoriya
Kinq adası xəritədə
Kinq adası
Kinq adası
Kinq adası xəritədə
Kinq adası
Kinq adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada.

Coğrafiya

Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur[1]. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.

Tarix

Adanı ilk görən avropalı Ceyms Kuk olmuşdur. 1778-ci ildə o, adanı tədqiq etmiş və onu ekspedisiyanın üzvü leytenant Ceyms Kinqin şərəfinə adlandırmışdır[2].

20-ci əsrin əvvəllərində ada burada morj və suiti ovlayan 200-ə yaxın eskimosun qışlama yeri olur (onlar Ukivok kəndində yaşayırdılar). Yayda eskimoslar adadan kənara kayakla üzür və Alyaskanın materik sahillərində balıq tuturdular. 1937-ci ildə adada 45 evdə 190 nəfər yaşayırdı. Katolik kilsəsi və məktəb var idi. 1960-cı illərdə iqtisadi amillərə görə sakinlər adanı tərk edərək Noma köçürlər. Alyaskanın yerli yaşayış məskənləri haqqında qanuna (ing. Alyaska Native Claims Settlement Act) əsasən, ada keçmiş kəndlilərə məxsusdur. 1980-ci ildən Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.

İstinadlar

  1. "AreaInfo" (ingilis). National Telecommunications and Information Administration, U.S. Department of Commerce. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2010.
  2. "King Island" (ingilis). National Telecommunications and Information Administration, U.S. Department of Commerce. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2010.

Mənbə