Dəniz iqlimi — okeanın atmosferə təsiri çox olan şəraitdə yaranan iqlim. Dəniz iqlimi kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox yağıntılı və buludlu olması ilə fərqlənr.
Dəniz iqlimində dəniz tərəfindən əsən küləklər üstünlük təşkil edir Dəniz iqliminin quruya təsiri, əsasən, atmosferin yer səthi boyu dövr etməsi nəticəsində yaranır. Dəniz iqlimi materiklərin içərilərinə doğru hərəkət etdikcə tədricən kontinental iqlimə keçir.
Eyni coğrfi enlikdə yerləşən quruya nisbətən okean üzərində havanın rütubətliyi və illik yağıntının miqdarı daha çoxdur.[1]